Azərbaycanlı aparıcıya evlilik təklifi - Video

azerbaycanli-apariciya-evlilik-teklifi
Oxunma sayı: 4162

Azərbaycanlı aparıcı Sona Rəsulova ikinci dəfə ərə gedir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə “Media FM”in aparıcısı şəxsi İnstaqram hesabında paylaşım edib.

O, sentyabrın əvvəlində türkiyəli bəydən evlilik təklif aldığı anın videosunu paylaşaraq yazıb:

"Həmişə bu tip videoları gülüşlə izləyirdim. Və heç vaxt düşünmürdüm ki, belə bir şey mənim də başıma gələ bilər. Dənizin ortasında sevdiyim şəxs tərəfindən evlilik təklifi məni o qədər qəfil yaxaladı ki, saçlarımı belə daramağa çatdırmamışdım. Ən vacib olan bu deyil. Əsas odur ki, mənim cavabım "hə" idi".