Azərbaycanlı biznes-ledi “Forbes”in siyahısında - Fotolar

azerbaycanli-biznes-ledi-forbesin-siyahisinda
Oxunma sayı: 6777

“Forbes” jurnalı ənənəvi “30under30” adlı siyahısını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Avropada 30 ən perspektivli gənclərin olduğu siyahıda Azərbaycan vətəndaşı, 26 yaşlı Zərəngiz (Zara) Hüseynova da yer alıb.

“Wowoman” qadın platformasının yaradıcısı Feysbuk hesabında bu uğuru münasibətilə hisslərini paylaşıb: “Doğrusu, hələ də inanmıram. Avropada “Forbes 30under30” siyahısında olmaq böyük şərəf, qürur və məsuliyyətdir! Bu siyahı mənim üçün yalnız hədiyyə deyil. 

Bu, vizyonumuzu, mövqe və daha çox insana nə iş gördüyümümzü çatdırmaq üçün bir fürsətdir. Qadın və qızların təhsili, özlərinə inamı, azadlıq seçimi və onların həqiqətən arzuladığı və etmək istədikləri çox vacibdir. Həm cəmiyyət, həm də ayrılıqda hər kəs üçün!”.