Azərbaycanlı biznesmen qətlə yetirildi

azerbaycanli-biznesmen-qetle-yetirildi
Oxunma sayı: 2040


"Qafqazinfo"nun Modern.az-a istinadən verdiyi məlumata görə, hadisə “Orpok” meyvə-tərəvəz kompleksi yaxınlığındakı kafedə baş verib. Naməlum şəxs kafenin pəncərəsindən azərbaycanlıya bir neçə dəfə odlu silahdan atəş açaraq hadisə yerini tərk edib. Başından və sinəsindən güllə yarası alan Telman Məmmədov dərhal xəstəxanaya çatdırılsa da, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Əslən Tovuz rayonunun Aşağı Quşçu kəndindən olan Telman Məmmədov uzun illər yaşadığı Vladivostokda kommersiya fəaliyyəti ilə məşğul idi. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.