Azərbaycanlı biznesmen Rusiyada intihar etdi - Külli miqdarda borcu olub

Azərbaycanlı biznesmen Rusiyada intihar etdi
Oxunma sayı: 3922

Rusiyanın Saxalin vilayətində Azərbaycan vətəndaşı intihar edib.

“Qafqazinfo”  APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı 30-35 yaşlı Məmmədov Elşən Fəxrəddin oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Əslən Azərbaycanın Tovuz rayonunun Düz Qırıqlı kəndindən olan Elşən Məmmədov Saxalində ticarətlə məşğul olub.

Məlumata görə, onun intihar etməmişdən öncə yazdığı məktub hadisə yerindən tapılıb. E. Məmmədovun külli miqdarda borcunun olduğu və bu səbəbdən canına qəsd etdiyi bildirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi