Azərbaycanlı biznesmenə silahlı hücum - 100 nəfər əlbəyaxa oldu +Video

azerbaycanli-biznesmene-silahli-hucum
Oxunma sayı: 6876

Moskvanın Peçatniki rayonunda 100-ə yaxın insanın iştirakı ilə kütləvi dava baş verib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, münaqişə “Neolit” restoranında başlayıb. Restorana daxil olan bir qrup şəxs bütün müştəriləri küçəyə çıxmağa məcbur edib. Daha sonra atəş səsləri ilə müşayiət olunan dava başlayıb. 

Şahidlərin sözlərinə görə, davada 100-ə yaxın insan iştirakçı olub. İnsident zamanı təxminən 10 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Restoran əməkdaşlarının sözlərinə görə, cinayətkarların məqsədi “Neolit”in sahibi Yaşar Əliyevə hücum etmək olar. Həmin axşam restoranda iri məclis planlaşdırılmışdı.