Azərbaycanlı bloqer izləyicisinə “Ferrari” verdi

azerbaycanli-bloqer-izleyicisine-ferrari-verdi
Oxunma sayı: 6958

Rusiyanın məşhur azərbaycanlı bloqeri  Hüseyn Həsənov izləyicisinə “Ferrari” markalı avtomobilini hədiyyə edib. “Qafqazinfo” xəbər verir ki,  bir müddət əvvəl sosial şəbəkədə izləyiciləri arasında yarış keçirən Hüseyn ötən gün qalibin adını açıqlayıb. 

O, 7 milyona yaxın izləyicisi olan rəsmi instaqram səhifəsində video paylaşaraq şəxsi maşınını Vasiliy Romanik adlı şəxsə verəcəyini bildirib. 

Hüseyn qalibi maşını götürmək üçün Moskvaya dəvət edib. 

Vasiliy isə instaqram səhifəsində həmyerlimizə təşəkkürünü bildirərək şokda olduğunu qeyd edib.