Azərbaycanlı boksçuların rəqibləri məlum oldu

azerbaycanli-bokscularin-reqibleri-melum-oldu
Oxunma sayı: 672

“Qafqazinfo”nun AzərTAc-a istinadən verdiyi məlumata görə, Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov, milli komandanın məşqçiləri Yevgeni Kotov və Nəriman Abdullayev iştirak ilə keçirilən püşkatmanın nəticələrinə görə, 48 kq çəki dərəcəsində mübarizə aparacaq Salman Əlizadə 1-ci mərhələdən azaddır. O, növbəti raundda Denis Kozaruk (Ukrayna) – Abdeali Daraa (Mərakeş) cütünün qalibi ilə qarşılaşacaq.
52 kq çəki dərəcəsində yarışacaq Elvin Məmişzadənın ilk rəqibi indoneziyalı Julio Bria olacaq.
Rəhim Nəcəfov (56 kq) dünya çempionatına ingiltərəli Luke Kempbellə döyüşlə başlayacaq.
Elvin İsayev (60 kq) isə ilk görüşünü isveçli Raduen Kayaya qarşı keçirəcək.
Son Avropa çempionatının bürünc mükafatçısı Heybətulla Hacəliyev (64 kq ) misirli Əli İslamı məğlub etməyə çalışacaq. 69 kq çəki dərəcəsində mübarizə aparacaq Emil Əhmədovun ilk rəqibi italiyalı Danilo Kreati olacaq.
Ramil Əliyev (81 kq) ikinci mərhələdə Rasul Yuldaşev (Türkmənistan) – Georginel Hau (Rumınya) döyüşünün qalibi ilə üz-üzə gələcək.
Avropa çempionu Teymur Məmmədov (91 kq) da ilk mərhələdən azaddır. Onun ikinci rəqibi ya makedoniyalı Dimitar Taşkov, ya da barbadoslu Emanuel Anderson olacaq.
Superagır çəki dərəcəsində döyüşəcək Məhəmmədrəsul Məcidov (+91 kq) ikinci mərhələdə Madian Kassem (Misir) – Sərdor Abdullayev (Özbəkistan) cütünün qalibi ilə görüşəcək.
Boksçularımızdan ilk olaraq sentyabrın 27-də Elvin Məmişzadə və Rəhim Nəcəfov rinqə çıxacaqlar.



Fatimə