Azərbaycanlı cərrah Fərman Ceyranlı tutuldu - Gürcüstanda

azerbaycanli-cerrah-ferman-ceyranli-tutuldu
Oxunma sayı: 1889

“Lanset” klinikasının təsisçilərindən biri olan Fərman Ceyranlı həbs edilib.
 
“Qafqazinfo”nun Xəbər.ge saytına istinadən məlumatına görə, həbs edilən Fərman Ceyranlı cinayət məcəlləsinin 180-ci maddəsi ilə günahlandırılır.

Qeyd olunan maddə isə dələduzluqdur. Cinayət işində iki nəfərin adı keçir.

Məlumata görə, klinikada 2016-cı ildə qanunsuz ciyər transplantasiyası əməliyyat baş tutub. Əməliyyat uğursuz olduğundan xəstə dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in senziyası geri alınıb.

Fərman Ceyranlıya rəsmi ittiham bu gün irəli sürüləcək.

Hazırda o baş polis idarəsinin müvəqqəti təcridxanasındadır.

On il Moskvada elmi fəaliyyət göstərməklə yanaşı, həm də praktik cərrah kimi çalışan F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Elm idarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi cərrahlıq mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb, eyni zamanda Səhiyyə Nazirliyinin baş cərrahı olub.