Azərbaycanlı dilənçi İstanbulda saxlanıldı - Üstündən 15 fərqli valyuta çıxdı + Fotolar

Azərbaycanlı dilənçi İstanbulda saxlanıldı
Oxunma sayı: 2206

İstanbulda Sabiha Gökçen Hava Limanının ərazisində dilənçilik edən azərbaycanlı saxlanılıb.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, dilənçinin üzərindən çıxan 15 fərqli valyuta isə polisləri təəccübləndirib.

Belə ki, pulların arasında 2500 türk lirəsi, 530 avro, 421 dollarla yanaşı, İran, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, İsveç, Nepal, Hindistan və digər ölkələrin valyutaları olub.

Polislər üzəri 4 fərqli dildə (latın, ərəb, kiril, sanskrit) yazılan pulların hansı ölkələrə aid olduğunu müəyyənləşdirməyə bir neçə saat sərf ediblər.

12 min lirəyə (təxminən 3300 manat) dəyişdirilən pul ictimai qurumlara verilməsi üzrə müsadirə edilib.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi