Azərbaycanlı əsgəri döyən 2 hərbçi saxlanıldı - Fotolar

azerbaycanli-esgeri-doyen-2-herbci-saxlanildi
Oxunma sayı: 4715

Krtsanisi hərbi hissəsində azərbaycanlı əsgər Kazım Qəhrəmanovun döyülməsi faktına görə 2 nəfər saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

İki nəfərin saxlanılması Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında həyata keçirilib. Yaxın saatlarda onlara qarşı ittiham irəli sürüləcəyi qeyd edilir. Paytaxt məhkəməsinin bu gün saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir.

Saxlanılan şəxslərin K.Qəhrəmanovla yanaşı, digər əsgərlərə də fiziki təzyiq göstərərək pul tələb etmələri müəyyən olunub.