Azərbaycanlı futbolçu Çexiya çempionuna keçdi

azerbaycanli-futbolcu-cexiya-cempionuna-kecdi
Oxunma sayı: 1688

Daha bir azərbaycanlı futbolçunun ölkə xaricində top qovacaq.

“Qafqazinfo” xəbər verir ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi Rövlan Muradov Çexiyanın “Slaviya Praqa”nın U-21 komandasının formasını geyinəcək.

Muradovla mövsümün sonuna qədər müqavilə imzalanıb. 19 yaşlı yarımmüdafiəçi ümidləri doğrultsa müqavilənin müddəti artırılacaq.