Azərbaycanlı futbolçu Çexiya klubunda

azerbaycanli-futbolcu-cexiya-klubunda
Oxunma sayı: 1418

U-19 millimizin futbolçusu Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək.

"Qafqazinfo" xəbər verir ki, hücumameylli yarımmüdafiəçi Çexiyanın yüksək liqa təmsilçisi "Viktoriya"ya keçib. 

Bu barədə Qurbanovun agenti Vaqif Heydərli məlumat verib. Futbolçu yeni klubuyla 2 illik müqavilə imzalayıb.