Azərbaycanlı futbolçu Kosovo klubunda

azerbaycanli-futbolcu-kosovo-klubunda
Oxunma sayı: 1307

"Səbail"dən ayrılan Amit Quluzadənin yeni klubu bəlli olub.
 
"Qafqazinfo" xəbər verir ki, Yunanıstanın II Liqa klubu olan "Aiqinaikos"a transferi son anda baş tutmayan yarımmüdafiəçi karyerasını Kosovoda davam etdirəcək. 25 yaşlı futbolçu Super Liqa təmsilçisi "Drita" ulə müqavilə bağlayıb.
 
"Drita" Kosovo çempionatında 18 turdan sonra 30 xalla 3-cü pillədə qərarlaşıb və lider "Llapi"dən 4 xal geri qalır.
 
Qeyd edək ki, Amit karyerası ərzində "Neftçi", "Kayseri Ərciyəsspor" (Türkiyə), "Rəvan", "Qəbələ", "Atletiko" (Lissabon, Portuqaliya), "Sumqayıt" və AEL (Larissa, Yunanıstan) klublarında çıxış edib.