Azərbaycanlı futbolçu rəmzi komandada

azerbaycanli-futbolcu-remzi-komandada
Oxunma sayı: 1834

Küveyt Premyer Liqasında mövsümün ilk turunun rəmzi heyəti açıqlanıb.

"Qafqazinfo" xəbər verir ki, rəmzi komandada "Əl-Salmiyə" klubunda çıxış edən azərbaycanlı futbolçu Kamal Mirzəyev də yer alıb.

24 yaşlı dayaq yarımmüdafiəçisi ilk turun ən yaxşı 11 futbolçusundan biridir.

Qeyd edək ki, "Əl-Salmiyə" II turda "Əl-Şabab Küveyt"in qonağı olacaq.