Azərbaycanlı futbolçu Yunanıstan klubuna transfer olur

azerbaycanli-futbolcu-yunanistan-klubuna-transfer-olur
Oxunma sayı: 635

Qol.Az-ın məlumatına görə, Araz artıq dünən gecə Bakı-İstanbul-Afina reysi ilə Yunanıstana yollanıb.

Müqavilə ilə İngiltərənin "Everton" klubuna məxsus olan həmyerlimiz yanvar ayının 15-20 günündə "Panionios" klubunun düşərgəsində olacaq.

A.Abdullayevin Yunanıstana yollanmasında əsas məqsəd isə futbolçunun qısa müddət ərzində komandaya uyğunlaşmasıdır. Arazın "Panionios"un heyətində debüt edəcəyi də gözlənilir.

Qeyd edək ki, "Everton" daha öncə Arazı Yunanıstanın PAOK klubuna icarəyə vermək istəsə də, müəyyən səbəblərdən bu keçid baş tutmamışdı.