Azərbaycanlı gənc “üçlü körpü” sistemi yaratdı - İlk dəfə + Fotolar

Azərbaycanlı gənc “üçlü körpü” sistemi yaratdı
Oxunma sayı: 5182

“FAKTURA.AZ” şirkətinin rəhbəri İzmir Mehrabov Azərbaycanda bir ilkə imza atıb. Beləki, ilk dəfə olaraq sahibkarlara keyfiyyətli vergi, mühasibatlıq və auditin təşkili, fərdi və sürətli xidmətlərin göstərilməsi üçün “üçlü körpü”sistemini yaradıb.

“Qafqazinfo” “FAKTURA.AZ” şirkətinin rəhbəri İzmir Mehrabovla müsahibəni təqdim edir.

İzmir bəy, ilk öncə “FAKTURA.AZ”ın təqdim etdiyi xidmətlərə toxunaq. Sizi digər şirkətlərdən nə fərqləndirir?

- “FAKTURA.AZ” konsaltinq xidmətləri, vergi, maliyyə, audit və biznesin inkişafı üzrə məsləhət xidmətləri göstərir. Şirkətimizin əsası 2009-ci ildə qoyulub. Yaradıldığı gündən keçən illər ərzində gərgin işlər nəticəsində şirkətin səriştəliyi və müstəqilliyi əsasında qurulan şəxsi fəlsəfəsi formalaşdırılmışdır. Bu prinsiplərə riayət etmək şirkətimizə maliyyə bazarında aparıcı pozisiyanı tutmağa və özünün professional, ardıcıl və savadlı işləmək bacarığını sübut etməyə imkan yaradıb. O vaxtdan bu günə bir çox inkişaf mərhələsindən keçərək hazırkı duruma gəlib çatmışıq. Şirkətimizin əvəzolunmaz işçi heyətinin formalaşması məni bir rəhbər kimi qürurlandırır. Məhz bu komandanın sayəsində biz şirkətimizin əsas strateji üstünlüyünə nail olmağı bacarmışıq. Biz təcrübənin, inamın və davamlılığın bariz nümunəsi olmaqla yanaşı, hər zaman ölkəmizə, tərəfdaşlarımıza və müştərilərimizə xüsusi diqqət və qayğı ilə yanaşırıq.

- Yaratdığınız “üçlü körpü” sistemi nədir?

- Yaratdığımız “üçlü körpü”sistemi vergi ödəyiciləri üçün fərdi və sürətli xidmətlərin göstərilməsi prinsipidir. Məqsədimiz dövlət orqanları ilə sahibkarlar arasında “körpü” rolu oynamaqdır. Çünki bu gün sahibkarların maarifləndirilməsi işi çox zəifdir. Sahibkarlar dövlət orqanları ilə ünsiyyət qurmaq istəmir, köhnə “sovet idealogiyası” ilə hərkət etmək, rüşvət vermək, dövləti aldatmağı üstün sayır. Bu isə dövlətlə sahibkar arasında dərin uçurumun olduğundan xəbər verir. Biz bu uçurum arasında “körpü” olmaq istəyirik. Biz sahibkarlara doğru yol ilə getməyi, dürüstlüyü, şəffaflığı öyrədirik.

- Ölkəmizin vergi sistemində aparılan islahatları necə səciyyələndirirsiz?

- Ölkədə sahibkarlığın və investisiyaların təşviqi, ixracın stimullaşdırılması, biznesin dəstəklənməsi, iqtisadiyyatın rəqabətə davamlığının artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə 2016-cı ilin birinci yarısında vergi qanunvericiliyinə bir sıra dəyişikliklər edilib. Ölkəmizə turist axınının artımında mühüm rol oynayan "Tax Free” sisteminin tətbiqinə başlanılıb. Sürətli innovativ texnologiyalara söykənən xidmətlərin göstərilməsi vergi orqanları və sahibkarlar arasında münasibətlərin yeni müstəviyə qaldırılması istiqamətində çox mühüm addım hesab edilə bilər.

- Vergi Məcəlləsində əsas dəyişikliklik predmetləri nədən ibarətdir?

- Vergi Məcəlləsinə həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklər edilib. Son dəyişikliklərin əsas məqsədi nağdsız əməliyyatların həcminin artırılması, pul dövriyyəsinin tənzimlənməsi, vergi mühitinin cəlbediciliyinin artırılması, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.

- Vergilər Nazirliyində aparılan struktur dəyişiklikləri ilə əlaqədar vergi orqanlarının işində nə dəyişib?

- Düşünürəm ki, Vergilər Nazirliyinin qarşısında duran əsas məqsədlərdən biri vergi orqanlarının kadr potensialından səmərəli istifadə edilməklə daha işlək və mütərəqqi idarəetmə mexanizmlərini tətbiq etməkdir. Hazırda vergi orqanlarının strukturlarında edilmiş dəyişikliklər vergilərin tam həcmdə və vaxtında ödənilməsinin təmin olunması və xidmət səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

- Sizin fikrinizcə, “Şəffaf vergi partnyorluğu” zərurəti nə ilə bağlıdır?

- Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri ölkəmizdə qeyri-neft sektoruna geniş dövlət dəstəyinin görtərilməsidir. Bu siyasətin tərkib hissəsi olan vergi siyasəti də biznesin və vergi ödəyicilərinin fəaliyyətinin stimullaşdırılmasına, bütövlükdə ölkədə vergi mədəniyyətinin formalaşmasına istiqamətlənib.

Ünvan: Bakı. R. Rza küçəsi 70.

+994 50 212 09 93

[email protected]

www.faktura.az  







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi