Azərbaycanlı gəncə yüksək vəzifə verildi - Gürcüstanda

azerbaycanli-gence-yuksek-vezife-verildi
Oxunma sayı: 639

Gürcüstanda gənc soydaşımız yeni vəzifəyə təyin olunub. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri vəzifəsində çalışan Zaur Darğallı bu gün Kvemo-Kartli bölgəsinin qubernator müavini vəzifəsinə təyin edilib.

Zaur Füzuli oğlu Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze adına Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. O, paralel olaraq 2007-2010 illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub. 2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Regional İnkişaf Agentliyinin Kvemo-Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.

Ailəlidir, bir qızı var.