Azərbaycanlı gənclər sosial şəbəkə yaratdı

azerbaycanli-gencler-sosial-sebeke-yaratdi
Oxunma sayı: 940

Üç azərbaycanlı gənc - Rasim Əliyev, Teymur Bağırlı və Tural Qurbanov kinosevərlər üçün sosial şəbəkə yaradıblar.

"Qafqazinfo" xəbər verir ki, “Raters” adlı sosial şəbəkə avqust ayının 17-də “İOS” platformasında designnominees.com tərəfindən günün “app”ı seçilib.

“Raters” - inandığınız insanların rəylərinə istinad edərək maraqlı kinoları tapmaq üçün sadə və əyləncəli yoldur. Kinoları siyahınızda yadda saxlaya, xoşunuza gələnləri dostlarınızla bölüşə və digərlərinin hansı kinoya baxdıqlarını öyrənə bilərsiniz.

Qeyd olunan linkdən daha ətraflı məlumat əldə edə bilərsiniz: http://ratersapp.com/