Azərbaycanlı girov qaytarıldı - - Yenilənib+Fotolar

azerbaycanli-girov-qaytarildi-
Oxunma sayı: 5050


Ermənilərin girov götürdüyü 15 yaşlı Cavid Məmmədov Azərbaycan tərəfinə qaytarılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu dəqiqələrdə Cavid Məmmədov Azərbaycan tərəfinə qaytarılıb. 

Xatırladaq ki, erməni girovluğunda olan 15 yaşlı II qrup əlil Cavid Məmmədov Tərtər rayon Yol Polisi İdarəsi rəisi müavininin oğludur.

***

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova "Qafqazinfo"ya açıqlamasında bildirib ki, təmas xəttini sentyabrın 5-də keçən Azərbaycan vətəndaşı bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında keçirilən əməliyyat zamanı Azərbaycan hökümətinə təhvil verilib. Təhvil vermə Ağdam rayonun Baş Qərvənd kəndi yaxınlığında baş tutub.