Azərbaycanlı güləşçi erməni dünya çempionuna qalib gəldi - Foto

azerbaycanli-gulesci-ermeni-dunya-cempionuna-qalib-geldi
Oxunma sayı: 4422

Kiyevdə keçirilən yunan-Roma güləşi üzrə beynəlxalq turnirin yarımfinalında 87 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı güləşçi İslam Abbasov Ermənistandan olan dünya çempionu Maksim Manukyana 9:6 hesabı ilə qalib gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu şənbə günü baş tutmuş artıq ikinci azərbaycanlı-erməni qarşıdurmasıdır. Daha öncə cüdoçumuz Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində Ferdinand Karapetyana qalib gəlmişdi.

Finalda İslam Abbasov ukraynalı Jan Belenyukla qarşılaşacaq.