Azərbaycanlı hakim İspaniya millisinin oyununda

azerbaycanli-hakim-ispaniya-millisinin-oyununda
Oxunma sayı: 640

“Qafqazinfo”nun verdiyi məlumata görə, AFFA ilə İspaniya Futbol Federasiyası arasında əməkdaşlıq çərçivəsində ədalət təmsilçilərimiz Pireney yarımadasındakı yoxlama oyununa dəvət alıb.
İspaniya Futbol Federasiyası tərəfindən AFFA-ya rəsmi müraciət edilərək, sentyabrın 7-də, Pontevedra şəhərindəki "Pasaron" stadionunda baş tutacaq görüş üçün hakimlərin göndərilməsi xahiş olunub. Ölkəmizin futbol qurumu da müraciəti müsbət cavablandırıb.
Son dünya və ikiqat Avropa çempionunun Səudiyyə Ərəbistanı ilə yoldaşlıq oyununun baş hakimi FIFA referisi Anar Salmanov olacaq. Ona FIFA referi köməkçiləri Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər.