Azərbaycanlı hakimlər “Fənərbaxça” və “Qalatasaray” qarşılaşmasında

azerbaycanli-hakimler-fenerbaxca-ve-qalatasaray-qarsilasmasinda
Oxunma sayı: 659

Belə ki, qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 1-də “Uraloçka” (Rusiya) – “Vakıfbank” (Türkiyə) matçında köməkçi referi funksiyasını yerinə yetirəcək Eldar Əliyev 15 gün sonra “Qalatasaray” (Türkiyə) – “Dinamo-Romprest” (Rumıniya) əsas hakim olacaq. O, kişi voleybolçular arasında analoji yarışda “Zaksa” (Polşa) – “Srvena Zvezda” (Serbiya) görüşünün əsas fit sahibi olacaq.

Eldar Zülfiqarov da adaşı kimi Çempionlar Liqasının 3 görüşünü idarə edəcək. Lakin o, kişi voleybolçular arasında “Zenit” (Rusiya) – “Roeselar” (Belçika) matçında I hakim, “Lokomotiv” (Rusiya) – “Çeske Budejovice” (Çexiya) və “Fənərbaxça” (Türkiyə) – “Belçatov” (Polşa) qarşılaşmasında II referi olacaq. İlk 2 görüşün vaxtı dəqiqləşməsə də, sonuncu dekabrın 12-də baş tutacaq.

Digər beynəlxalq dərəcəli ədalət təmsilçilərimiz - Vüqar Cəfərovla Konstantin Selin hərəyə 2 oyuna təyinat alıblar. Onlardan birincisi CEV kubokunun 1/16 finalında kişilərdən təşkil olunmuş “Krımsoda” (Ukrayna) ilə “Çenois” (İsveçrə) klublarını meydana əsas hakim çıxaracaq. Cəfərov ardınca “Çelenc Cup”ın 1/16 final mərhələsində fit çalacaq. O, Krasnodar “Dinamo”sunun (qadınlar) ev oyununa II hakim təyin olunub. Lakin rusiyalıların rəqibi II təsnifat mərhələsində bilinəcək.

Selin isə kişilər arasında “Çelenc Cup” I təsnifat mərhələsində Belarusda “Metallurq”la BVA klublarının duelində II referi işini görəcək. Həmyerlimiz bundan sonra CEV kubokunda (kişilər) 1/8 final mərhələsində əsas söz sahibi olacaq. Lakin onun idarə edəcəyi komandaların kimliyi hələ məlum deyil.

Qeyd edək ki, CEV və “Çelenc Cup”da hakimlərimizin idarə edəcəyi oyunların tarixi hələ açıqlanmayıb.