Azərbaycanlı həkim 25 illik korun gözlərini açdı - Fotolar

azerbaycanli-hekim-25-illik-korun-gozlerini-acdi
Oxunma sayı: 8562

Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigerdə anadan kor doğulan qızı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Bakıda özəl xəstəxanalardan birində çalışan Əlizadə Türkiyə həkimlərinin qurduğu “Könüllülər dərnəyi”nin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi “Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigerə gedib. 

O, 25 ildir kor olan Xədicə Şəfahət adlı qadını müayinə edərkən gözündə katarakta (mirvari suyu) olduğunu öyrənib.

“Xədicə xanım gözləri görməyən uşağını əməliyyat üçün yanıma gətirdiyində qəribə baxdığını gördüm. Diqqətlə baxanda gözündə ağ katarakta olduğunu anladım. Xəstəni təcili əməliyyat edərək gözlərinə linza qoyduq. O, bir gün sonra gözlərini açanda qüsursuz şəkildə dünyanı, övladını, həyat yoldaşını görə bildi. İlk öncə ətrafına qəribə baxışlarla baxıb ağladı. Gözlərini açdıqda necə güləcəyini bilmirdi. Bu qədər həyəcanlı olması bizi çox duyğulandırdı. Onunla şəkil çəkdirərək gülməsinə nail olduq. Əslində bir insan üçün bundan böyük xoşbəxtlik yoxdur”, - deyə Mehriban Əlizadə bildirib.