Azərbaycanlı hərbçi xəstəxanalıq oldu - Gürcüstanda müəmmalı insident

azerbaycanli-herbci-xestexanaliq-oldu
Oxunma sayı: 2380

Gürcüstanın Krtsanisi təlim mərkəzində insident baş verib. İnsident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev “Rustavi” klinikasına yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal”ı məlumat yayıb. 

Müdafiə Nazirliyindən kanala bildirilib ki, emosional fonda yaranmış sözlü mübahisə zamanı çağırışçılardan birinin səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Nazirlik hərbçinin zədə almadığını və yaxın vaxtlarda tibb müəssisəsindən buraxılacağını açıqlayıb. 

“Rustavi” klinikasının növbətçi həkimi Tamar İakobidze isə kanala açıqlamasında bildirib ki, E.Əfəndiyev müalicəsini hərbi hosbitalda davam etdirəcək. Onun sözlərinə görə, hərbçi özü başından travma aldığını desə də, kompüter tomoqrafiyası hər hansı zədə aşkarlamayıb.  

Elcanın atası Elbrus Əfəndiyev isə oğlunun hərbi bazada döyüldüyünü və klinikaya huşsuz vəziyyətdə çatdırıldığını bildirib.