Azərbaycanlı iş adamlarının 2 milyardlıq “iş”i ilə bağlı - Açıqlama

azerbaycanli-is-adamlarinin-2-milyardliq-isi-ile-bagli
Oxunma sayı: 3178

Xəbər verdiyimiz kimi,“Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov həmvətəni, milyarder Vahid Ələkbərovun prezidenti olduğu  “LUKoil” şirkətini məhkəməyə verib.

Buna səbəb Rusiya şirkətinin “Palmali” ilə neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə bağladığı müqaviləyə əməl etməməsidir. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə imzalanıb. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və M. Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. “Palmali” müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.

Müvafiq məsələ ilə bağlı “Palmali” şirkətinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatda bildirilir ki, bu iddianamə üzrə İngiltərə Ali Məkhəməsinə müraciət edilib:

““Litasco” şirkətinin vəkilləri “Debevoise & Plimpton” hüquq firması vasitəsilə “Palmali Shipping” ilə olan müqavilədən irəli gələn şərtləri pozduğu üçün 2 milyard dollara yaxın və üstəgəl faiz və digər xərcləri əhatə edən iddia ərizəsi ilə “Palmali Shipping” şirkəti İngiltərə Ali Məhkəməsinə müraciət edib. Sözügedən iddia ərizəsində şirkətlər arasındakı imzalanmış uzunmüddətli müqavilənin şərtlərində qeyd edilmiş miqdarda yüklə təmin edilməməsi şirkət tərəfindən iddia edilir”.