Azərbaycanlı jurnalist Moldovaya buraxılmadı - Prezident işə qarışdı

azerbaycanli-jurnalist-moldovaya-buraxilmadi
Oxunma sayı: 2432

Rusiyanın NTV telekanalının jurnalisti, azərbaycanlı İradə Zeynalovanın Moldovaya girişinə icazə verilməyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb olaraq, jurnalistin hansı məqsədlə ölkəyə səfər etməsini açıqlaya bilməməsi olub. Moldovanın sərhəd polisi bildirib ki, İstanbul-Kişinyov reysi ilə gələn Zeynalova yoxlama zamanı rəsmi şəxslərlə görüşəcəyini desə də, bunu sənədlərlə isbatlaya bilməyib. 

Jurnalist yaxın reyslə Kişinyovdan Moskvaya göndərilib. 

Moldova prezidenti İqor Dodon isə Ria-Novosti-yə açıqlamasında bildirib ki, belə addımlar Rusiya ilə tamhüquqlu dialoq və əməkdaşlığın yenilənməsinə yardım etməyəcək. Bu səbəbdən də şəxsən alması  üçün ölkəsinə dəvət edib.