Azərbaycanlı jurnalistlər Mövlud Çavuşoğlu ilə canlı yayımda olacaq

azerbaycanli-jurnalistler-movlud-cavusoglu-ile-canli-yayimda-olacaq
Oxunma sayı: 1547

Alanya Qəzetçilər Cəmiyyətinin dəvəti ilə Türkiyədə səfərdə olan Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, M. Çavuşoğlu Alanyanın Dimtv.tv televiziyasının “Seçim özel” proqramının bu gün axşam yayımlanacaq canlı efirində qonaq olacaq. Xarici işlər naziri canlı efirdə türkiyəli jurnalistlərlə yanaşı, azərbaycanlı jurnalistlərin  də suallarını cavablandıracaq.

Qeyd edək ki, proqram Bakı vaxti ilə 20:00-da yayımlanacaq.

Günel Türksoy