Azərbaycanlı jurnalistlərin Türkiyə sərgüzəştləri - Fotolar

azerbaycanli-jurnalistlerin-turkiye-serguzestleri
Oxunma sayı: 2029

Türkiyənin Mətbuat və İnformasiya Baş İdarəsi dünyanın 11 fərqli ölkəsinin mətbuat nümayəndəsinin Türkiyəyə səfərini təşkil edib. 

“Qafqazinfo”nun əməkdaşının da iştirak etdiyi səfər İstanbuldan başlayıb. Digər ölkə nümayəndələri ilə yanaşı, azərbaycanlı jurnalistlər də buradakı 15 iyul hərbi çevrilişə cəhdinin ikinci ildönümü mərasimində iştirak ediblər. 3 günlük İstanbul səfərində qonaqların müxtəlif konfranslara, tarixi məkanlara gedişi də təmin edilib. 

İstanbuldan sonra junalistlər 2018-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilən Kastamonuda olublar. Tarixi şəhərdə mətbuat nümayəndələrinin İnebolu, Tosya, Daday rayonlarına səfərləri baş tutub. Bundan savayı, jurnalistlər Pınarbaşı şəlaləsini, Yeşilgöl kimi turistik zonaları da gəziblər.