Azərbaycanlı məşhurların səs analizi - “…O, duyğulandıra bilmir”

Azərbaycanlı məşhurların səs analizi
Oxunma sayı: 2655

Türkiyənin məşhur musiqi eksperti Emre Yücelen azərbaycanlı məşhurların səsini analiz edib. 

“Qafqazinfo” xəbər verir ki, Yücelen  “Youtube”də canlı yayıma girərək bir neçə müğənnimizin ifalarını dinləyib. 

O, əvvəlcə xalq artisti Alim Qasımovun məclislərin birində oxuduğu muğamı analiz edib:

“Tenor səs bu deməkdir. Budur, boğazlar var, superdir. Bu mənim cahilliyimdir, yəqin ki, dinləyənlər var. Həqiqətən də çox superdir. Elə bir tilovu atırsan, sonra özünə tərəf çəkirsən. Alim Qasımov bu cür ifa edir. Səsi kiçik bir şəkildə tutur, daha sonra böyüdür və sinə səsini qataraq oxuyur”. 

E. Yücelen Əzizə Mustafazadənin bütün albomlarına qulaq asdığını söyləyib:

“Əzizə Mustafazadənin möhtəşəm səsi var. Bunun nəyini analiz edəcəyik? Mükəmməl caz ifaçısıdır. Bu qədər peşəkar pianino çalmaq olar? Siz bir vokal zamanı keçidlərinə baxın. Onu heç kəslə müqayisə etməyin. Hər şey qaymaq kimidir”.

Ekspert “O ses Türkiyə”də yarışan Tamara Muradovanın ifası haqqında da fikirlərini bölüşüb:

“Texniki baxımdan yaxşı oxuyur. Səsinin rənq çaları qatıdır. Boğazları yaxşı edir. Oxuyan zaman səsini itirmir”. 

Yücelen sosial şəbəkədə populyarlaşan Çinarə Məlikzadənin səsini analiz edib:

“Giriş mükəmməldir. Texniki olaraq da yaxşıdır. Boğazları ağzı açıq şəkildə edir. Halal olsun. Mahnı oxumaq səs çıxarmaqdan deyil.Üz mimikaları da olmalıdır. Analiz etdiyim bütün azərbaycanlı ifaçıların səsi güclüdür. Mikrofonsuz performans göstərə bilərlər”. 

O, Elnur Hüseynovun səsinin 4 oktava olduğunu iddia edib:

“Texnikası əladır. Xəfif səslə və ağzı açıq oxuyur. Sinə səsini mükəmməl işlədir. Səsini ara-sıra sıxır, bud a təbii ki, tenordur. Onun bir stili var. Ən azı 4 oktava səsi var. Eşidilən səs belədir. Düşünürəm ki, burada səs şousu göstərir. Mən olsaydım sinə səslərimi azaltmazdım. Mahnının orijinal formatından uzaqlaşıb, duyğulandıra bilmir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi