Dənizdə batan Günelin meyiti tapıldı - Yenilənib

denizde-batan-gunelin-meyiti-tapildi
Oxunma sayı: 3389

“Miss Lafarella” internet müsabiqəsinin iştirakçısı Günel Mirzəyeva faciəvi şəkildə dünyasını dəyişib. 

“Qafqazinfo” 1news.az-a istinadən xəbər verir ki, fitness məşqçisi dənizdə boğularaq həyatını itirib. Onun cəsədi hələ də tapılmayıb. 

Bu barədə Mirzəyevanın dostları sosial şəbəkədə məlumat yayıblar.

 “Günel dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas olsa da, onu tapmaq mümkün olmayıb.  Günelin cəsədi hələ də tapılmayıb, axtarışlar davam edir” - deyə bildirilib.

***

Bakıda dənizdə batan modelin meyiti tapılıb.
 
Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya bildirilib ki, bu gün Günel Mirzəyevanın meyiti batdığı yerin yaxınlığında aşkar edilərək sudan çıxarılıb.
 
Qeyd edək ki, Günel Mirzəyeva bir neçə gün əvvəl Bilgəh çimərliyində dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Sahildən 200 metr uzaqlıqda yaxta çevrilib. Nəticədə G. Mirzəyeva dənizdə batıb.