Azərbaycanlı model Türkiyə gözəllərini seçdi

azerbaycanli-model-turkiye-gozellerini-secdi
Oxunma sayı: 1614

 

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, yarışmanın münsif heyətinə azərbaycanlı model Günay Musayeva rəhbərlik edib.  

O, 120 gənc qızın qatıldığı seçim turlarından finala 10 iştirakçı seçdiklərini bildirib: 

“Bu müsabiqədə Türkiyəni təmsil edəcək kraliçanı seçdik. Qızlarda daha çox bir neçə dil bilmələrinə və mədəni səviyyələrinə önəm verdik. Çünki seçdiyimiz xanım intellektual səviyyəyə sahib olmalıdır. Müsabiqənin dünya finalı sentyabrda keçiriləcək. Türkiyədə bir azərbaycanlı qızı olaraq gözəllik müsabiqələrinin münsifi olmaqdan qürur duyuram. İnanıram ki, öz vətənimi başqa bir ölkədə layiqincə təmsil edirəm”.