Azərbaycanlı Moskvada gecə klubunda qadını bıçaqlayıb

azerbaycanli-moskvada-gece-klubunda-qadini-bicaqlayib
Oxunma sayı: 962

Rusiyanın paytaxtında azərbaycanlı cinayət törədib.

“Qafqazinfo” “Moskva” agentliyinə istinadən xəbər verir ki, hadisə gecə klublarından birində baş verib.

Hadisə şahidlərindən olan Qaana vətəndaşı, 22 yaşlı gənc qızın sözlərinə görə, əlində bıçaq olan bir şəxs sürətlə kluba daxil olub və onlara hücum edib. Nəticədə 37 yaşlı bir qadın bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törədən adı açıqlanmayan 32 yaşlı azərbaycanlı saxlanılıb.

Cinayətin hansı səbəbdən törədildiyi bilinmir. Faktla bağlı araşdırma aparılır.