Azərbaycanlı müğənni bahalı üzüyündən danışdı - Fotolar

azerbaycanli-mugenni-bahali-uzuyunden-danisdi-fotolar
Oxunma sayı: 636

“Qafqazinfo”ya açıqlama verən müğənni bildirib ki, o daş-qaşa önəm verən bir deyil: “Mən daş-qaşa önəm verə bir deyiləm. Nəyə lazımıdır? Mən çox vaxtı məclislərə sadə aksesuarlardan istifadə edirəm. Əlbəttə, zinət əşyalarım var. Amma marağında deyiləm. Mənim üçün zinət əşyalarının qiymətinin də fərqi yoxdur, Xoşuma gələn olsa alıram”.

Bizimlə söhbət zamanı zinət əşyalarına dəyər vermədiyin deyən xanım Kərimova barmağındakı bər-bəzəkli üzüyünün brilliat olduğunu təsdiqləyib: “Bu üzük əl işidir. Çox xoşuma gəlir, ona görə bundan istifadə edirəm. Üzüyün ortasında olan qara qaş sadədir. Amma qıraqlarına düzülmüş ağ-qaşların hamısı brilliantdır”.

“Qafqazinfo”nun fotokamerasına tuş gələn, Könül Kərimovanın ağ-qaşlarla bəzədilmiş brilliant üzüyünün fotolarına baxa bilərsiniz.

Aynur Babayeva