Azərbaycanlı müğənni “Eurovision”un finalında niyə məğlub oldu?

azerbaycanli-mugenni-eurovisionun-finalinda-niye-meglub-oldu-
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, Belarusun Milli Final gecəsində 5 ifaçı yarışıb. Bütün tamaşaçıların məhz Günəş Abbasovanı dəstəklədiyi, hətta münsifləri heyətinin onu bəyəndiyi halda, Alyona Lanskaya adlı müğənni qalib olub.

Qeyd edək ki, final mərhələsindən sonra bəzi şaiələr yayılıb. Deyilənlərə görə, qalibin məhz Günəş Abbasovanın olacağı gözləndiyi zaman Alyonanın seçilməsinin başqa səbəbləri var. Şəhərdə gəzən xəbərlərdə deyilir ki, Alyonanın seçilməsinə səbəb onun sevgilisinin iş adamı və kifayət qədər zəngin olmasıdır. Belə ki, Belarusun iqtisadi vəziyyəti güclü olmadığından onlar bu mötəbər müsabiqəyə hazır deyildi. Ancaq sözügedən iş adamı bu müsabiqə üçün ayırdığı vəsaitin qarşılığında məhz Alyonanın seçilməsini tələb edib.

Nigar