Azərbaycanlı müğənni klipinə Tarkanın kameralarını gətizdirdi

azerbaycanli-mugenni-klipine-tarkanin-kameralarini-getizdirdi
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, rejissor Ceyhunun ekran həyatı verdiyi bu klipdə Orxan tam fərqli bir imicdə görünüb. Klip boyu 3 kostyum dəyişən Babazadə avadanlığı Türkiyədən sifariş edib. Qeyd edək ki, Türkiyədən sifariş olunan bu avadanlığdan ilk dəfə Türkiyənin meqa starı Tarkan kliplərində istifadə edib.

Onu da deyək ki, Türkiyəyə böyük ümidlər bəsləyən Orxan yaxın günlərdə bu ölkəyə yola düşməyə hazırlaşır. İstanbulda türk məhşurları ilə görüşü gözlənilən Orxan yeni klipi “Sən mənim gözəlimsən”i Türkiyənin məhşur “Kral pop” musiqi telekanalına da təqdim edəcək.

Aynur B.