Azərbaycanlı müğənni ölümlə hədələnir

azerbaycanli-mugenni-olumle-hedelenir
Oxunma sayı: 653

Gənc bəstəkar-müğənni Ramal Əsədzadə şok yaradacaq bir açıqlama ilə çıxış edib. Bu barədə “Qafqazinfo”ya açıqlma verən müğənni bildirib ki, bir neçə ay bundan öncə təqdim etdiyi “Qayıtsın zaman” mahnısının ucbatından təhdid olunur:

“Bu mahnı həqiqətən mənə uğur gətirdi. Amma onu yenidən oxumaq istəyənlər də var. Onlardan hətta biri rədd cavabı aldığı üçün məni təhdid də edir. O gündən bu günə bu müğənni məni gah döydürmək, gah da öldürtməklə hədələyir. Amma mən belə şeylərdən qorxmuram və mahnımı heç kimə vermək fikrində deyiləm”.