Azərbaycanlı müğənni səhiyyə nazirinə qəzəbləndi - - "O, gözlərini açmaq istəmir"

azerbaycanli-mugenni-sehiyye-nazirine-qezeblendi-
Oxunma sayı: 5346


Həkimlər müğənni Elmira Ələkbərzadəyə yanlış diaqnoz qoyub.

 “Qafqazinfo”nun məlumatına görə, müğənni bu haqda “Facebook” səhifəsində yazıb: 

“Biz azad və demokratik dövlətdə yaşayırıq və öz fikrimizi söyləməyə haqqımız var. Bizim Azərbaycan günü-gündən daha da gözəlləşir. Bunların hamısı təbii ki, bizim ümumimilli liderimiz Heydər Əliyevin və davamçısı İlham Əliyevin sayəsindədir. İndi isə gündəmdə olan Mərkəzi Klinik xəstəxanadan söz açaq. Mənə elə gəlir ki, bizim səhiyyə nazirimiz gözlərini yumub, açmaq istəmir. Xəstəxanalardan deyirlər ki, pul gətirməsən, qadını aparatdan ayıracağıq. Budurmu insanlıq? Budurmu qeyrət və namus? Nə qədər sağlam insan gedib klinikalara, oradan şikəst çıxıb. Elə mən özüm gedib orada müayinədən keçmişəm, mən ağılsız orada bir ətək pul qoymuşam. Nəticədə mənə yanlış diaqnoz qoydular. Dəhşətli stress yaşadım. Xaricə gedib, yenidən müayinədən keçdim. Onlar əvvəl öz nəticələrinə, sonra bizimkilərin verdiyi diaqnozabaxdılar və şoka düşdülər. Dedilər sizin həkimlər heç oxumayıblar? Savadlı həkimlərimiz çox azdır, onları gecə işığı ilə axtarmaq lazımdır. Səhiyyə nazirimizə yaxşı oftalmoloq lazımdır ki, gözlərini açsınlar. Dostlar, gəlin bir olaq, möhtərəm Prezidentimiz İlham Əliyevə açıq məktub yazaq. Məhz bizim səhiyyənin və o mərkəzi klinikanın öhdəsindən tək Prezidentimiz gələ bilər. Gəlin biganə yanaşmayaq belə şeylərə. Bizdə gələcəyin valideynləriyik və bizim də evimizdə valideyn var”.