Azərbaycanlı müğənni toy gününü açıqladı

azerbaycanli-mugenni-toy-gununu-aciqladi
Oxunma sayı: 959

Şou əhlinin ard-arda toy etməsi daha bir ifaçını həvəsləndirib. 

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, müğənni Pərviz Abdullayev toy tarixini açıqlayıb.

“Xəzər Maqazin”ə danışan ifaçı sentyabrın 12-də evlənəcəyini bildirib: “İllərdir fikirləşirdim ki, 30 yaşımda öz toyumu edəcəyəm. Sentyabrın 12-də toyum olacaq”.
 
Qeyd edək ki, “Azəri star” müsabiqəsindən tanınan Pərviz ötən ay nişanlanıb.