Azərbaycanlı müğənni Türkiyə mediasında

azerbaycanli-mugenni-turkiye-mediasinda-
Oxunma sayı: 1931


“Qafqazinfo”nun məlumatına görə, qardaş ölkə mətbuatı “Sevinc Ağaşirinova gözünü Türkiyəyə dikdi” başlığı ilə azərbaycanlı ifaçıdan bəhs edib: “Azərbaycanın ən gözəl müğənnilərindən Sevinc Ağaşirinova yeni klipi ilə populyarlığını artırmaqda davam edir. Qardaş ölkənin ən diqqət çəkən müğənnilərindən biri olan Sevinc verdiyi iddialı açıqlamalarla da adından söz etdirir. Klipləri ölkədə ən çox izlənilən adlardan olan Ağaşirinova  “Gözəlliyim mənim ən böyük şansımdır. Bunu da səsimlə birləşdirərək üstünlük əldə edirəm”-, deyə bildirib. 

"Sən də get" mahnısıyla adından söz etdirən ifaçı bir gün mütləq Türkiyədə də bir layihəyə imza atacağını söyləyib. 

Türkiyədə seviləcəyinə inanan Sevinc "Azərbaycanda gördüyüm marağı Türkiyədə də görəcəyimə əminəm" deyib”.