Azərbaycanlı müğənni Türkiyədə xərçəngdən öldü

azerbaycanli-mugenni-turkiyede-xercengden-oldu
Oxunma sayı: 669

Türkiyədə yaşayan azərbaycanlı opera müğənnisi Muxtar Rəsuloğlu vəfat edib. 

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, Antalya Dövlət Opera və Balet Teatrının solisti olan bariton səsli sənətkar 59 yaşında xərçəng xəstəliyindən müalicə aldığı Akdeniz Universiteti Xəstəxanasında dünyasını dəyişib.

O, 1999-cu ildən Azərbaycandan Türkiyəyə gələrək Antalyaya yerləşib. M. Rəsuloğlu 2 ildir xərçəngdən müalicə olunurdu. Ötən ay əməliyyat keçirən sənətçini həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Müğənni iyunun 14-də çalışdığı teatrda son dəfə səhnəyə çıxdıqdan sonra cənazəsi dəfn olunmaq üçün ailəsinin və yaxınlarının yaşadığı Azərbaycana göndəriləcək.

Muxtar Rəsuloğlunun ölüm xəbərini Haşim İşcan Mədəniyyət Mərkəzində “Aida” operasının məşqini keçirərkən alan məsləkdaşları onu səhnədə bir dəqiqəlik sükutla yad ediblər.