Azərbaycanlı müğənni ürəyinə “Sevmə” dedi – Fotosessiya

azerbaycanli-mugenni-ureyine-sevme-dedi-fotosessiya
Oxunma sayı: 676

“Qafqazinfo”ya danışan Zarinanın piar-meneceri Şahin Cavadsoy müğənninin görəcəyi işlər haqqında məlumat verib: “Sözləri müğənni Aygün İsmayılovaya, musiqisi bəstəkar Pərviz Mahmudova məxsus olan “Sevmə ürək” mahnısının “Dəlilik” qədər seviləcəyini öncədən proqnozlaşdırmışdıq. Lirik notlar üzərində yazılmış mahnı sevən ürəklərin sirrindən bəhs edir. Klip çəkdirməyə qərar verib, rejissor Elnaz Əbluca müraciət etmişik. İnşallah 2012-ci ilin ilk aylarında çəkilişlərə başlayacağıq”-deyə Şahin bildirib.

Onu da qeyd edək ki, Zarinanın yaradıcılıq yenilikləri bununla yekunlaşmır. Bəstəkar-şoumen Rəhim Rəhimlinin, şairə Ülviyyə Alovlunun sözlərinə yazdığı “Kaş” adlı mahnısını repertuarına daxil edən müğənni, sayca ikinci albom üzərində işləyir. Müğənni yaxın vaxtlarda vəd verdiyi klub konsertini də yüksək səviyyədə keçirməyi qarşısına məqsəd qoyub.

Onu da vurğulayaq ki, çəkiləcək yeni klipin mətbuat konfransında Zarina daha bir sürprizlə qarşınıza çıxacaq.

Nigar