Azərbaycanlı müğənninin səhhətində ciddi problemlər var

azerbaycanli-mugenninin-sehhetinde-ciddi-problemler-var
Oxunma sayı: 2503


Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin” verilişinə açıqlamasında buna görə yaradıcılıq işlərinə ara verdiyini deyib:

“Səhhətimdə ciddi problemlər var idi. Ona görə də yaradıcılığa ara verib, evdə oturmaq qərarına gəldim. Sənətdən uzaqlaşmışam. Eyni zamanda dişlərimdə ağrılar var, danışmaqda çətinlik çəkirəm. 

Bir müddətdir iki yeni mahnı hazırlamışam. Biri Murad Arifin bəstəsidir. 

Digəri isə “Sənsiz” romansıdır. Bilirsiniz ki, uzun müddətdir bu mahnını əcnəbi ölkədə aranjiman etdirmək istəyirəm. Amma onlar bizim mahnıları aranjiman etməkdə çətinlik çəkirlər. İndi bu iki işlə məşğulam”.

İlhamə Avstraliyada konsert verəcəyini də bildirib:

“Çoxdandır konsert vermək istəyirəm. Amma bu, o qədər də asan iş deyil. Almaniyada birlikdə çalışdığım şirkət Avstraliyada konsert təşkil edəcək. Əgər alınsa, həmin gecədə çıxışım olacaq”.