Azərbaycanlı münsiflər bəlli oldu - “Eurovision 2018”

azerbaycanli-munsifler-belli-oldu
Oxunma sayı: 2763

Azərbaycan “Eurovision” üzrə ekspert jürisinin tərkibi açıqlanıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib. 

Gələn həftə Portuqaliyada keçirilən yarışmanın milli münsifləri 5 nəfərən ibarətdir. Onlar xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artist İlahə Əfəndiyeva,caz ifaçısı Təranə Qəhrəman, aparıcı Nurlana Cəfərovadır. 

Qeyd edək ki, münsiflər heyətinin səsləri ümumi səsvermədə 50% paya sahibdir.Onların balları tamaşaçı səsverməsinə əlavə olunur.