Azərbaycanlı musiqiçi əcnəbi qızla evləndi - Fotolar

azerbaycanli-musiqici-ecnebi-qizla-evlendi
Oxunma sayı: 3070

Tanınmış pianoçu, bəstəkar-dirijor Abuzər Manafzadə Avstriyada ailə həyatı qurub. “Qafqazinfo” xəbər verir ki, o, ifaçı Karen Danger ilə Vyanada münasibətlərini rəsmiləşdirib. 

Toy fevralın 14-ü-Sevgililər Günündə baş tutub. Cütlük nikah mərasimindən çəkillən şəkilləri sosial şəbəkələrdə paylaşıb. 

Xatırladaq ki, A. Manafzadə 2000-ci ildə Bakıdan İstanbula köçüb, orada yaşayıb. Hətta musiqiçi Türkiyədə məşhur “Kim milyonçu olmaq istəyir?” şousunda da iştirak edib. 

O, Vyana Musiqi Akademiyasının tələbəsi olub və oranın solisti Karenlə tanış olub.