Azərbaycanlı Nazarbayevin müavini oldu

azerbaycanli-nazarbayevin-muavini-oldu
Oxunma sayı: 1008

Azərbaycana səfərindən sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev rəhbərlik etdiyi ölkənin ən nüfuzlu dövlət qurumlarından biri Qazaxıstan Xalqlar Assambleyasının növbəti qurultayında azərbaycanlı Əbülfəz Xamedovun müavin kimi namizədliyini verib və o, böyük səs çoxluğu ilə Assambleyanın sədr müavini seçilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyindən "Qafqazinfo"ya verilən məlumata görə qurultay bu gün axşam saatlarında yekunlaşıb. Əbülfəz Xamedov Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri kimi uzun illər fəaliyyət göstərib.

Qeyd edək ki, Qazaxıstan qanunvericiliyinə görə, Assambleyadan irəli sürülən namizədlər səsvermə prosesində iştirak etmədən bu ölkənin parlamentində təmsil oluna bilərlər.

Xatırladaq ki, Əbülfəz Xamedovdan əvvəl bu vəzifəni daşıyan Yeralı Tuqjanov Manqistau Vilayətinin Akimi (Qubernatoru) təyin edilib