Azərbaycanlı nazir Gürcüstana gedir

azerbaycanli-nazir-gurcustana-gedir
Oxunma sayı: 640

“Qafqazinfo”nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Mədəniyyət Nazirliyi məlumat verib. Rəsmi səfər çərçivəsində azərbaycanlı nazir gürcü həmkarı ilə görüşəcək.

Mədəniyyət naziri Tbilisidə bərpa edilən Mirzə Fətəli Axundov adına ev-muzeyinin açılışında iştirak edəcək. Həmin günün axşamı isə Qarayev Rustavidə Heydər Əliyev parkının açılışını edəcək.

Azərbaycan nümayəndə heyətinin tərkibinə SOCAR prezindeti Rövnəq Abdullayev və Azərbaycanın bu ölkədəki səfiri də daxildir.