Azərbaycanlı nazir haqda həbs qərarı verildi

Azərbaycanlı nazir haqda həbs qərarı verildi
Oxunma sayı: 2685

Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov barəsində həbs-qətimkan tədbiri seçilib.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, Kiyevin Solomensk məhkəməsi Roman Nəsirov barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması" maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça" şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi