Azərbaycanlı nənə “Ginnesin rekordlar kitabı”na düşə bilər - Video

Azərbaycanlı nənə “Ginnesin rekordlar kitabı”na düşə bilər
Oxunma sayı: 2870

Azərbaycanın ən yaşlı sakininin adı "Ginnesin rekordlar kitabı"na salına bilər.

“Qafqazinfo” “Xezerxeber”ə istinadən məlumatına görə, bunun üçün Azərbaycan Milli Elmər Akademiyası Fiziologiya İnstitutu işlər aparmağı planlaşdırır.

İnstitutun dosenti Sevinc Hüseynovanın sözlərinə görə, hələ keçmiş dönəmlərdən Azərbaycan uzunömürlülər diyarı kimi tanınıb.

Hüseynova bildirib ki, ölkəmizdə ən yaşlı sakinin 108 yaşı var. Bu, Lənkəranın Gərmətük kənd sakini Vəsmə Abasovadır.

Azərbaycanda bu vaxta qədər qeydə alınmış 145 və daha çox rekord yaşlar heç bir sənəd ilə təsdiqlənməyib və mütəxəssislər tərəfindən verifikasiya edilməyib. Ona görə onların "Rekordlar kitabın"a daxil edilməsi mümkün olmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi