Azərbaycanlı oftalmoloqlar SOE-2019-da

Azərbaycanlı oftalmoloqlar SOE-2019-da
Oxunma sayı: 464

SOE - 2019 adlı mötəbər konqresdə azərbaycanlı oftalmoloqlar da iştirak edir.

“Qafqazinfo” xəbər veri ki, Avropa Oftalmologiya Cəmiyyətinin hər il düzənlədiyi tədbir bu il Fransanın Nitsa şəhərində keçirilir. Sevindirici haldır ki, dünyanın ən tanınmış tibb mərkəzləri və klinikalarından dəvət olunan oftalmoloqlar arasında azərbaycanlı alimlər də var. Azərbaycanda yüksək keyfiyyətli müalicə mərkəzi kimi tanınan Caspian İnternational Hospitalın direktoru, tibb üzrə elmlər doktoru, dosent Aytən Sultanova və oftalmologiya bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Leyla Qəhrəmanova da dəvət alan qonaqlar sırasındadır.  

Oftalmologiya sahəsindəki ən son texnoloji yeniliklərdən bəhrələnən bu mötəbər tədbirdə dünyanın ən tanınmış alimləri çıxış edəcək, sözügedən sahənin bütün spektrları barədə informasiya mübadiləsi aparılaraq, ən yeni avadanlıqlar və qurğular nümayiş etdiriləcək.

İyun ayının 13 dən 16-na qədər davam edəcək konqresdə azərbaycanlı oftalmoloq-alimlərin də çıxışı gözlənilir.

Qeyd edək ki, 1956-cı ildə yaradılan Avropa Oftalmologiya Cəmiyyətinin (SOE) bu gün 40-dan çox üzvü var.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi