Azərbaycanlı olduğunu dandı - Video

azerbaycanli-oldugunu-dandi-video
Oxunma sayı: 1044

“Qafqazinfo”nun məlumatına görə, yarışmaya qatılan 16 yaşlı İlyas Vəkilov özünü azərbaycanlı deyil, rus kimi təqdim edib. O, müsabiqədə Justin Bieberin “Baby” mahnısını səsləndirərək hər dörd münsifdən müsbət rəy alıb.

Məsələnin maraqlı tərəfi ondadır ki, Hülya Avşar adının rus adı olmadığını dedikdən sonra İlyas atasının azərbaycanlı olduğunu etiraf edib.

Qeyd edək ki, yarışmaçı sonda müğənni Hadisənin komandasını seçib. Özü azərbaycanlı olduğunu dansa da, onun haqqında məlumatlarda Rusiyadan Antaliyaya köç edən azərbaycanlı olduğu qeyd olunur.

İlyasın ifa etdiyi mahnını bu linkdən dinləyə bilərsiniz.

İlyas Vəkilov (Baby)